""Kupça idarəsi"nin müdiri Kərəm Həsənov, onun müavini Rafiq Cəlilov və başqaları MTN-ə verdikləri aylıq milyonları haradan qazanırmışlar?"
Bunu tanınmış hüquqşünas Qurban Məmmədov sual edir. "AzPolitika"nın məlumatına görə, vəkillik fəaliyyəti ilə əlaqədar ölkənin əmlak sektoruna, orda baş verənlərə kifayət qədər dərindən bələd olan Q.Məmmədov, daha sonra Feysbukda yazır:
"Bunu soruşan olmayacaqsa, Akif Çovdarovun həbs edilməsi, qanun qarşısında hamının bərabərliyi prinsipinin pozulmas,ı Eldar Mahmudova qarşı haqsızlıq deyilmi?!"
Qeyd edək ki, Əmlak Komitəsi və onun rəhbərliyinin adı "MTN işində" qırmızı xətlə keçir.
V.Nəsibov


Şərhlər