Menu

ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı

12.12.2015, 09:48
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Livana səfərin riskli olması barədə xəbərdarlıq edib və bu ölkəyə getməməyə çağırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, qurumun ABŞ vətəndaşlarına müraciətində bildirilir ki, Livanda işləyib və yaşayanlar diqqətli olmalı, təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

“Yerli hökumət ABŞ vətəndaşlarının həyat və təhlükəsizliyinə zəmanət vermir. Suriya ilə qonşu ölkədə hər an zorakılıq halları arta bilər. ABŞ vətəndaşları əvvəllər də Livanda terrorçuların hədəfində olub və təhlükə bu gündə qalmaqdadır”, sənəddə deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol