Rusiya Müdafiə nazirinin köməkçisi Anatoli Antonov Egey dənizində yaşanan hadisə ilə bağlı Türkiyənin Moskvadakı hərbi attaşesini Müdafiə Nazirliyinə çağırıb. Musavat.com xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti, rusların "Smetlivıy" adlı hərbi gəmisinin Egey dənizində bir balıqçı qayığı ilə toqquşmasının son anda qarşısının alındığını bildirib.
Verilən məlumatda “13 Dekabr 2015 tarixində yunan Lemnos adasından 22 kilometr uzaqlıqda Egey Dənizinin şimal tərəfində olan "Smetlivıy" adlı hərbi rus gəmisinin bir balıqçı qayığı ilə toqquşması son anda əngəlləndi” sözləri yer alıb.


Şərhlər