Menu

Xoşqədəmin efir müddəti 1 saat azaldıldı, verilişin formatı dəyişdirildi

14.12.2015, 14:03
Xoşqədəmin efir müddəti 1 saat azaldıldı, verilişin formatı dəyişdirildi

ANS telekanalında aparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Deməsək olmaz” verilişinin formatında və efir vaxtında dəyişiklik edilib. Bu barədə Lent.az-a verilişin prodüseri məlumat verib. Verilişin efir müddəti 1 saat azaldılıb. Belə ki, X.Hidayətqızı həftə içi 5 gün saat 14:00-dan 15:00-dək efirdə olacaq. Proqramın formatı isə dəyişdirilərək, sırf qadınlar üçün yayımlanacaq. Verilişdə maksimum 3 qonaq olacaq.

Xəbəri Lent.az-a ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov da təsdiqləyib.

Xatırladaq ki, “Deməsək olmaz” verilişi əvvəllər 2 saat 20 dəqiqə yayımlanırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol