Menu

Ərdoğan-Putin görüşü baş tutmayacaq

14.12.2015, 17:50
Ərdoğan-Putin görüşü baş tutmayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dekabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan zirvə baş tutmayacaq.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Xatırladaq ki, prezidentlərin iştirakı ilə Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının keçirilməsinə Antalyada keçirilən G 20 zirvəsində qərar verilmişdi.

Rusiyaya məxsus təyyarənin vurulmasından sonra görüşün təxirə salındığı barədə xəbərlər yayılsa da, rəsmi açıqlama verilməmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol