Menu

Praqada qumar yarışı: İlkin Əmirov ilk onluqdadır

15.12.2015, 12:21
Praqada qumar yarışı: İlkin Əmirov ilk onluqdadır

Çexiyanın paytaxtı Praqada European Poker Turnir yarışlarının dördüncü günü başlayıb.

Virtualaz.org saytı pokernews.com saytına istinadən xəbər verir ki, hazırda turnirin qalibi olmaq üçün dünyanın müxtəlif ölkələrindən olan 23 qumarbaz yarışır. Onların arasında Azərbaycandan olan güclü poker oyunçusu İlkin Əmirov da var.

İlkin Əmirov dekabrın 14-də keçirilən yarışlarda bir neçə rəqibini udaraq ilk 10-luqda qərarlaşıb. Gözlənilir ki, yarışların dördüncü günündə turnirin ən güclü 8 oyunçusu müəyyən ediləcək.

Xəbər verdiyimiz kimi, turnirin birinci günündə Azərbaycandan olan digər poker oyunçusu Ramin Hacıyev 250 min avro udmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol