Menu

Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək

15.12.2015, 14:19
Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək

Rusiya prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun imzalayıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra Rusiya Konstitusiya Məhkəməsi prezident, hökumət və yaxud yerli məhkəmələrin sorğuları əsasında hər hansı beynəlxalq instansiyanın, o cümlədən Avropa İnsan Haqlar Məhkəməsinin qərarlarının icra edilib-edilməməsi barədə qərar verə bilər.

Rusiya Konstitusiya Məhkəməsindən RBC-ya bildiriblər ki, Beynəlxalq instansiyaların qərarları Rusiya Konstitusiyasının müvafiq müddəalarına uyğun gəlmədiyi halda icra olunmaya bilər.

Qeyd edək ki, Putinin imzaladığı sənəd dekabrın 4-də Dövlət Dumasında üçüncü oxunuşda qəbul olunub, dekabrın 9-da isə Federasiya Şurasından keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol