Menu

​"Patriot" sisteminin Türkiyədə qalması müddəti uzadıldı

15.12.2015, 16:23
​"Patriot" sisteminin Türkiyədə qalması müddəti uzadıldı

İspaniyaya məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin Türkiyədə qalması müddəti 2017-ci il yanvarın 25-dək uzadılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Məlumata görə, rəsmi Ankaranın alyansa müraciəti əsasında "Patriot"un Türkiyə ərazisində qalması müddəti uzadılıb.

Qeyd edək ki, "Patriot" sistemi 2013-cü ilin fevralında Türkiyənin Gaziantep, Şanlıurfa və Adana əyalətlərində qurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol