Menu

SOCAR-ın törəmə şirkətinin lisenziyası ləğv edildi

16.12.2015, 16:30
SOCAR-ın törəmə şirkətinin lisenziyası ləğv edildi

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey LNG Satış Anonim Şirketi"nin lisenziyası ləğv edilib.

"APA-Economics"in "Dəniz" xəbər agentliyinə istinadən xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumu qərar qəbul edib.

Ümumilikdə, qurum 13 şirkətin lisenziyasını ləğv edib. Bu şirkətlərin arasında "SOCAR Turkey LNG Satış Anonim Şirketi" də var.

Qeyd edək ki, "SOCAR Turkey LNG Satış Anonim Şirketi" Türkiyənin 6 bölgəsində sıxılmış qazın satışını həyata keçirirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol