Menu

"Neft, 2016-da da aşağı olacaq"

16.12.2015, 17:12
"Neft, 2016-da da aşağı olacaq"

OPEC üzvləri neft qiymətlərində artım üçün 2017-ni gözləyirlər.

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) üzvü olan ölkələr, neft qiymətlərində 2016-cı ildə ciddi bir yüksəliş gözləmirlər. Üzv ölkələrin OPEC-dəki nümayəndələrinə görə, qiymətlərdə ciddi bir yüksəliş üçün 2017-ci il gözlənilməlidir.

Brent neftin qiymətinin 2016-ci ildə 40-45 dollar/barel aralığını aşmasının çox az ehtimal olduğunu ifadə edən nümayəndələr, 2017-ci ildə isə Brent neftin qiymətinin 60 dollar/barelin üzərinə doğru hərəkətə gələcəyini təxmin edirlər.

İranın neft hasilatını artırmağa davam edəcəyinə işarə edən OPEC üzvləri, "2016-ci ilin ilk yarısında tələbatdan çox təklif və İranın hasilat miqdarına dair narahatlıqlar qiymətləri təzyiq altında saxlayacaq" qiymətləndirməsini edirlər. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol