Menu

Türkiyə Fars körfəzində hərbi baza yaradır

16.12.2015, 18:21
Türkiyə Fars körfəzində hərbi baza yaradır

Bazada 3 min hərbçi qalacaq

Türkiyə Fars körfəzi ölkələrindən olan Qətərdə hərbi baza yaradacaq. Lent.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq.

Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək.

Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır

Qeyd edək ki, hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol