Menu

Putinə çətin sual: “Oğurladıqlarınızı nə zaman qaytaracaqsınız?” - FOTO

17.12.2015, 21:36
Putinə çətin sual: “Oğurladıqlarınızı nə zaman qaytaracaqsınız?” - FOTO

Rusiya həbsxanasında saxlanılan Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nadejda Savçenko prezident Vladimir Putinə sual ünvanlayıb. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Savçenko öz geyimi üzərində bu sualı yazıb: “Savçenkodan Putinə sual: Oğurladığınız və qanunsuz olaraq Rusiya həbsxanalarında saxladığınız ukraynalıları nə zaman buraxacaqsınız?”

Savçenkonun bu sualını onun vəkili Mark Feyq "Tvitter" mikrobloqunda dərc edib.

Qeyd edək ki, Nadejda Savçenko Donbasda Rusiya jurnalistlərinin öldürülməsində ittiham edilir. Müdafiə tərəfi hərbçinin jurnalistlər öldürülən zaman başqa ərazidə olmasını sübut etsə də, Rusiya məhkəməsi sübutlara məhəl qoymur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol