Menu

“Putin Saakaşvilini tənqid edirsə, demək biz doğru yoldayıq...” - Poroşenko

17.12.2015, 22:31

porosenkoUkrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili haqda bu gün söylədiyi fikirlərə münasibət bildirib.

Musavat.com-un məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko öz Facebook səhifəsində yazıb.

“İşğalçı dövlətin rəhbərliyinin Mixail Saakaşvili ilə, Ukraynanın başqa vətəndaşları ilə bağlı məsləhətlərinə ehtiyacımız yoxdur. Prezident onun ölkədəki islahatlara töhfəsini qiymətləndirir. Əgər Putin Saakaşvilini tənqid edirsə, deməli, biz doğru yoldayıq” – qeyd edib mətbuat katibi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol