Menu

"Statoil" TAP-dakı payını satdı

18.12.2015, 10:51
"Statoil" TAP-dakı payını satdı

İtaliyanın "Snam S.p.A." neft-qaz şirkəti "Statoil" şirkətinin TAP-dakı 20%-lik payını alıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə italyan şirkətinin saytında yerləşdirilən məlumatda bildirilir.

"Snam S.p.A." və "Statoil" şirkəti arasında imzalanan əqdin dəyəri 208 mln. avro təşkil edir.

"208 mln. avrodan 130 mln. avrosu artıq "Statoil" şirkətinə ödənilib. Bundan başqa, 78 mln. avro TAP-ın kreditləşməsinə yönələcək", - deyə məlumatda bildirilir.

"Snam S.p.A." TAP-ın Direktorlar Şurasında iki nümayəndə ilə təmsil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol