din

 Bakıda restoranda silahlı insident törədən şəxsin vəzifəli şəxsin övladı olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev bu gün tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub.

Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.

F. Əliyev APA-ya açıqlamasında oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.

Qeyd edək ki, məlum hadisə dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında ad günü məclisində olublar.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

***

Daxili İşlər Nazirliyi Lökbatan qəsəbəsindəki restoranda 6 nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Musavat.com yayıb. Hüquq-mühafizə orqanlarından sayta verilən məlumata görə, hadisəni törədənlərdən biri nazirliklərdən birinin şöbə müdiridir.

*********

Qaradağ rayonunda restoranlardan birində atışma baş verib. APA TV-nin məlumatına görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.Ədalət Həsənov restoranda dostları ilə ad gününü qeyd edirmiş. Onunla restorandakı digər müştəri arasında mübahisə düşüb. Mübahisə zamanı naməlum müştəri ov tüfəngi, yanındakı dostu isə tapança çıxarıblar və ətrafa atəş açmağa başlayıblar.

Silahlı insident nəticəsində Ədalət Həsənov, azyaşlı oğlu Orxan, eləcə də ad günü məclisində iştirak edən qonaqlardan Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib. Həkimlər onları həyatları üçün təhlükə olmadığını bildiriblər.

Əraziyə Qaradağ rayon prokurorluğu və rayon polis idarəsinin polis əməkdaşları gəliblər. Hadisə yerində müayinələr aparılıb.

6 nəfəri gülləyən şəxslər ərazidən uzaqlaşıblar. Onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Musavat.com yayıb. Hüquq-mühafizə orqanlarından sayta verilən məlumata görə, hadisəni törədənlərdən biri nazirliklərdən birinin şöbə müdiridir.

APA-nın əldə etdiyi məlumata görə, silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib. Bu, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda onun qardaşının polisdə ifadəsi alınır.

Məhərrəm Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

********

Ötən gecə Bakıda baş verən silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib.

APA-nın əldə etdiyi məlumata görə, hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda onun qardaşının polisdə ifadəsi alınır.

M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

* * * 

Bakının Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində müştərilər arasında mübahisə nəticəsində atışma baş verib.

Trend-in əldə etdiyi məlumata görə, “Zeytə park” adlanan restoranda baş verən atışma nəticəsində ən azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsındə xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub.