Yunanıstan parlamenti tarixi qərara verib. Bu ölkə Fələstini dövlət olaraq tanımağa səsləyən tövsiyyə sənədini qəbul edib.Parlamentin bu qərarı Yunanistanın Fələstini rəsmən tanıması yönündə hökumətə tövsiyyə xarakteri daşıyır.
Bu barədə layihəni parlamentı məclis rəhbəri Nikos Vuçis təqdim edib. Onun təqdim etdiyi tövsiyyə qərarı səs çoxluğu ilə qəbul edilib.
Bu tövsiyyə xarakterli sənəddə yunan hökumətindən Fələstin dövlətini tanıma prosesini başladacaq işlər görülməsi istənilib.
Səsverməni baş nazir Aleksis Tsipras ilə birlikdə parlamentə gələn Fələstin dövlət başçısı Mahmud Abbas da izləyib. M.Abbasın səfəri iki günlük olub.
Qərarın bir nüsxəsi Yunanıstan parlamentinin spikeri Nikos Vuçis tərəfindən Mahmud Abbasa təslim edilib.
M.Abbas, Afinada Yunanıstan baş naziri Aleksis Tsiprasla görüşdən sonra mətbuata açıqlama verib. O, bildirdi ki, 2016-cı ildə Fələstin dövləti öz adına pasportlar buraxacaq.
Çipras bundan sonra Yunanıstan rəsmi yazışmalarında “Fələstin rəhbərliyi” əvəzinə “Fələstin” terminini istifadə ediləcəyini bildirib. O, həmçinin ölkəsinin 1967-ci il sərhədləri daxilində mərkəzi Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasının tərəfdarı olduğunu da vurğulayıb.
Fələstinin müstəqilliyi Çin, Rusiya, Hindistan və Türkiyənin də daxil olduğu 100 dən çox ölkə tərəfindən tanınmaqdadır.
İsveç parlamenti 30 oktyabr 2014-cü il tarixində Fələstin dövlətini rəsmi olaraq tanıyıb. BMT-də edilən səsvermədən sonra Vatikan bayrağı ilə yanaşı Fələstin bayrağı da qurumun binası qarşısında digər ölkələrin bayraqları arasında dalğalanır. (anadolu)


Şərhlər