Rusiya rəsmisi Türkiyədən uşaq paltarının idxalının dayandırılmayacağını açıqlayıb.“Türkiyədən ixracın məhdudlaşdırılması üzrə Rusiya hökuməti Türkiyədən uşaq paltarlarının idxalını sayandırmaq barədə müzakirələr aparmır”. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin baş nazirinin mətbuat katibi Natalya Timakova jurnalistlərə açıqlaması zamanı bildirib.
Bundan əvvəl Ticarətin Təşviqi Nazirliyinin nümayəndəsi Viktor Yevtuxov jurnalistlərə bildirmişdi ki, təmsil etdiyi qurum Türkiyədən yüngül sənaye məhsularının 70-80%-nin idxalına qadağa qoyulmasını təklif edir. "Biz Türkiyədən yüngül sənayenin mallarının gətirilməsinə qadağa qoyulmasını istəyirik. Bundan sonra türk mallarını əvəz etməyi bacarmalıyıq”.


Şərhlər