Menu

İstanbul hava limanında partlayış -Yaralanan var

23.12.2015, 10:58
İstanbul hava limanında partlayış -Yaralanan var

İstanbul şəhərinin qubernatoru Vasip Şahin bildirib ki, "Sabiha Gökçen" hava limanında baş verən partlayışın səbəbi hələlik məlum deyil. "Report" "NTV" telekanalına istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, mütəxəssislər hadisə yerində araşdırmaları davam etdirirlər.

Hadisə zamanı yaralanan hər iki qadının təmizlik şirkətinin işçiləri olduğu qeyd olunur. Onlardan birisinin başından digərinin isə qolundan yaralandığı bildirilir.

Təhlükəsizliyi təmin etmək məqsədi ilə hava limanının ərazisinə daxil olan bütün avtomobillər yoxlanılır.

Qeyd edək ki, bu gün səhər İstanbulun "Sabiha Gökçen" hava limanında partlayış baş verib.

NTV" telekanalının xəbərinə görə, partlayış Bakı saatı ilə 04.05-də baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan birisinin - 30 yaşlı Zehra Yamacın vəziyyətinin ağır olduğu bildirilir.

********

Sabiha Gökçen adına İstanbul Beynəlxalq hava limanında partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə Hurriyet İlhas agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, partlayış zamanı iki nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Yoxlamalar aparılır. Partlayışın baş vermə səbəbləri hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol