Menu

«Səməd Seyidovla Rafail Hüseynov söz verdilər, amma...»

23.12.2015, 16:44
«Səməd Seyidovla Rafail Hüseynov söz verdilər, amma...»

Hörmətli redaksiya!

Saytınızda fəlsəfə doktoru Etibar Əliyevin Rafail Hüseynovun Qarabağ təəssübkeşliyi mövzusuna aid məqaləsini oxudum və göstərilmiş iradların tam doğru olduğunun bir daha şahidi oldum. Çunki neçəki Səməd Seyidovlar, Rafail Hüseynovlar və AŞPA-da Azərbaycanı təmsil eləyən başqa "vətənpərvərlər" var, biz heçnəyə nail olmayacağıq, neçəki bugünə qədər heç nəyə nail olmamışıq.

2011-ci ildən bəri təmsil olunduğum təşkilat (AŞPA-nın üzvü statusuna malik olan Beynəlxalq Antiterror Birliyi qısa şəkli BAB), onun prezidenti cənab A.Diçek başda olmaqla, Azərbaycanda Beynəlxalq tədbirin keçirilməsi üçün dəridən-qabıqdan çıxmışıq, amma bir Allah qulunun, bir məmurun vecinə də deyil ki, bunlara müraciət edən bir təşkilat var, sanki, bu təkcə mənə lazımdı. Torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olmasını bizimkilərdən başqa bütün dünya bilir. BAB-ın prezidenti A.Diçek Azərbaycana böyük hörmət bəsləyən, heç bir təmənna güdməyən insanlardan biridir, mənim təklifimi çox böyük məmnuniyyətlə qəbul edib, bu tədbirin keçiriləcəyinə bugünə qədər ümid bəsləyən bir insandır.

2011-ci ildə AŞPA-nın qış sessiyasına qatılmaq üçün, yenə də Strasburqa gəlmişdik, bu dəfə fürsətdən istifadə eedib bir daha rəsmi sürətdə cənab prezident İlham Əliyevin adına olan müraciətimizi və ordenlə təltif olunduğuna aid sənədi təşkilatın prezidenti A.Diçekin adından və özünün iştirakı ilə (Azərbaycanda beynəlxalq tədbirin təşkili üçün) Səməd Seyidova təqdim etdim və dönə-dönə xahiş etdim ki, bu məsələdə əlindən nə gəlirsə, öz köməkliyini göstərsin. Müraciətin nədən ibarət olduğunu soruşdu və 5-10 dəqiqə mən ona məzmunu anladaraq dedim: Səməd müəllim, mən Əlövsət Hüseynquliyev BAB-yi prezidentinin müşaviri, Azərbaycanda beynəlxalq tədbir keçirmək istəyirik və bu Azərbaycanımıza bugünkü gündə lazımdı. Bizim keçirdiyimiz beynəlxalq tədbirlərdə 20-dən çox xarici dövlətin və o ölkədəki bütün diplomatik korpusların nümayəndələri iştirak edirlər və çox böyük rezonansa səbəb olur. Təsəvvür edin ki, tədbirdə iştirak edən hər bir xarici təşkilat nümayəndəsi özü ilə mətbuat nümayəndələri gətirirlər və tədbirdən sonra öz ölkələrinə qayıtdıqda bu tədbiri geniş şəkildə oz televiziya və qəzetlərində işıqlandıracaqlar və bunların hamısı bir quruş xərcləmədən Azərbaycanın terrora məruz qalan bir ölkə olduğunu göstərəcəkdir. Bir şeyi də xüsusilə vurğuladım ki, bu gün ermənilər bütün gücləri ilə BAB-da təmsil olunmaq istəyirlər və şəxsən A.Diçekin ünvanına edilməyən müraciətlər və təzyiqlərə baxmadan, onları bu təşkilata almırıq, necə ola bilər ki, terrorist və işğalçı bir ölkəni BAB-nə üzv qəbul edək.

Dediklərimdən çox məmnun olduğunu söyləyən S.Seyidov, əlindən gələni etməyə söz verdi və "kişi kimi"əlindən nə gəlirsə elədi... Halbuki, bu bir Azərbaycan vətəndaşı və nümayəndə heyətinin rəhbəri kimin onun şərəf borcuydu. Bundan sonra Rafail Hüseynovla söhbətim oldu və o da nə lazımsa, edəcək kimi söz verdi. Buraxın söz verməyini, heç yazdığım məktublara cavab belə yazmadı Azərbaycan alimi, çünki söhbət ermənilərdən gedirdi. Bir şeyə çox məəttəl qaldım ki, bu məsələ ilə bağlı kimə müraciət etdimsə, heç kim kömək göstərmədi. Bakıda olduğum zaman çox böyük nüfuzu olan bir adamla görüşdüm və bu məsələyə aid köməklik etməsini xahiş etdim və cənab prezident İ.Əliyevin adına olan məktubu və ordenlə təltif edildiyi sənədi ona verdim, bilirdim ki, cənab prezidentlə tez-tez görüşürlər, oda mənə söz verdi, amma...

Onu da qey edim ki, BAB 2011-ci ildə cənab prezident İ.Əliyevi nüfuzlu orden ilə təltif etmişdi və bu ölkə başçılarının təltif olunduğu ilk orden idi, hələ də təşkilatımız təltif etmək ümidi ilə gözləməkdədir.

Hörmətlə,

Əlövsət Hüseynquliyev,

AŞPA-nın üzvü statusuna malik olan Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol