Menu

Ermənilərin həbs etdiyi azərbaycanlı buraxıldı - FOTO

23.12.2015, 22:02
Ermənilərin həbs etdiyi azərbaycanlı buraxıldı - FOTO

Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham edilən milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb. ANS PRESS-in məlumatına görə, Mikayılov barəsində 5 ay azadlıqdan məhrum etmə cəzası başa çatdığından o azad edilib.

Turqay Mikayılov iyulun 23-də piyada Gürcüstanla sərhəddə yerləşən Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə keçib. Həmin vaxt 35 yaşlı Turqay Mikayılov içkili vəziyyətdə olduğunu bildirib. Dekabrın 23-də Lori məhkəməsi onun barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarıb.

Gürcüstan-Ermənistan sərhədi

Mikayılovun 5 ay həbs müddəti başa çatdığından məhkəmə zalından azadlığa buraxılıb. Mikayılovun vəkilinin xahişi ilə iclas bağlı qapılar arxasında keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol