Menu

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın

24.12.2015, 11:53
Yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. “Report” xəbər verir ki, hadisə rayonun Alar kəndində yerləşən “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqənin əməkdaşları basqınçılara müqavimət göstərib. Bu səbəbdən də basqınçılar heç nə əldə edə bilməyib, onlar əllərindəki silahdan bir neçə dəfə atəş açaraq qaçıblar. Atəş nəticəsində məntəqənin şüşələri qırılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisə yerindən gilizlər aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol