Menu

«Krediti manatla olanlar da möhlət istəyir» – Kredit təşkilatı

24.12.2015, 14:20
«Krediti manatla olanlar da möhlət istəyir» – Kredit təşkilatı

"Azərbaycan manatının 2-ci devalvasiyasından təkcə dollarla deyil, həm də manatla kredit götürənlər əziyyət çəkir." Bunu fins.az-a açıqlamasında “Molbulak” bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədr əvəzi Elgiz Dadaşov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi BOKT-un kredit portfeli əsasən manatla olsa da, dolların 2-ci dəfə kəskin bahalaşmasından sonra ödəniş etməkdə çətinlik çəkən müştəriləri var: «Krediti manatla olanlar da vaxtı uzatmaq istəyir. Məsələn, elə müştəri var ki, aylıq ödənişi 200 manatdır. Amma qiymətlərin artdığını və maddi vəziyyətin çətinləşdiyini əsas gətirərək aylıq ödənişi 100-150 manata endirmək istəyir».

Təşkilat rəhbəri bildirir ki, belə müraciətlərə adətən anlayışla yanaşılır və imkan daxilində müsbət cavab verilir: «Yəgin ki, gələn həftə belə müraciətlərə baxacağıq, həmin kreditləri restruktizasiya edəcəyik».

Elgiz Dadaşov onu da qeyd edib ki, “Molbulak” vəsaiti manatla, yerli banklardan illik orta hesabla 15% olmaqla cəlb edir. Bu vəsait illik 25%-lə kredit kimi verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol