Analitiklərə görə, Rusiyanın pul vahidi rubl hələ də dəyərdən düşə bilər. Hətta, rublun dəyərdən düşməsi 2014-dəki rekord aşağı səviyyədən də irəli gedə bilər. Ancaq rublun dəyər itkisi yekun olaraq Rusiya iqtisadiyyatına zərər verməyə bilər.
Bloombergin keçirdiyi sorğuda iştirak edən 20 iqtisadçıdan 17-sinə görə, rubl ancaq dollar qarşısında 20% dəyər itirməsi vəziyyətində, yəni dollar/rubl məzənnəsinin 90 rubla gəlməsi Rusiya iqtisadiyyatını böhrana sürükləyə bilər. Belə bir təhlükə yarananda, Rusiya Mərkəzi Bankı birbaşa bazara müdaxilə, kapital nəzarətləri və ya faiz artırımı kimi əlindəki müxtəlif vasitələrdən istifadə edə bilər.
Moskvada "Promsvyazbank" PJSC-nin analitiki Sergey Narkeviç, "Rublun dəyərdən düşməsi, ancaq dollar qarşısında 90 rubla gərginləşərsə ciddi nəticələr doğurar. 2015-də Rusiyada pul siyasətini aparan rəsmilər xaric valyuta bazarındakı proseslərin Rusiyaya təsirlərini demək olar ki, tamamilə qarşısını almağa müvəffəq olaraq maliyyə sisteminin ümumi mənada funksional qalmasını təmin etdi" deyib.
Dünyanın ən böyük enerji ixracatçısı Rusiya, beynəlxalq sanksiyalar və neft qiymətlərindəki azalma ilə mübarizə aparmaq məcburiyyətində qalarkən, Rusiya iqtisadiyyatı son 20 ilin ən uzun durğunluğuna doğru yol alır. Rubl, ötən ilin əvvəlindən bu yana 54% dəyərdən düşüb.
Neft və qaz gəlirlərində Rus rubulunda artım, əmtəələrin düşməsinin mənfi təsirini büdcədə balanslaşdırmağa imkan verir. /"Marja"


Şərhlər