Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.

Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tövsiyyə edib ki, "Naxçıvanbank" ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etsin.

Ümid edirik ki, Naxçıvanda atılan bu addım və mühüm sosial qayğı digər banklar üçün də presedent yaradacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə maliyyə xidmətinin göstərilməsi məqsədi ilə yaradılmış 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ikinci regional bankıdır.

Strateq.az