Menu

“2016-cı il İŞİD üzərində qələbə ili olacaq” - İraqın baş naziri

28.12.2015, 23:10
“2016-cı il İŞİD üzərində qələbə ili olacaq” - İraqın baş naziri

2016-cı il İŞİD üzərində son və qəti qələbə ili olacaq. APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“Əgər 2015-ci il azad edilmə ili idisə, 2016-cı il İŞİD üzərində böyük qələbələr ili olacaq”, deyə əl-Abadi bildirib.

Onun sözlərinə görə, gələn il İraq ərazisi terrorçulardan tamamilə təmizlənəcək.

Qeyd edək ki, bu gün İraq ordusu Anbar əyalətinin ər-Ramadi şəhərini terrorçulardan azad etdiyini bəyan edib. Bundan sonra əyalətin qubernatoru bildirib ki, şəhərin hələ ki 80% ərazisi terrorçulardan təmizlənib. Xatırladaq ki, İŞİD silahlıları ər-Ramadını 2014-cü ildə ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol