Rusiyanın enerji naziri Aleksandr Novak, “Türk axını” layihəsinin müzakirələrinin təkrar başlamasının istisna olmadığını söyləyib. Bir müddət öncə bu layihənin tamamilə arxivə qoyulması ilə bağlı açıqlamalar verən Rusiya hökumətindən yeni bir təklif gəlib. Rusiya enerji naziri, müzakirələrin təkrar başlaya biləcəyinə diqqət çəkib.
Röyters agentliyinin verdiyi xəbərə görə, Rusiya enerji naziri Novak, “Türk axını” layihəsi ilə əlaqədar müzakirələrin təkrar başlaması ehtimalının istisna olmadığını deyib.
Rusiyanın dövlət nəzarətində olan enerji şirkəti “Qazprom”, dekabrın əvvəlində “Türk axını” ilə bağlı işlərin dondurula biləcəyini bildirmişdi.
Rusiya iqtisadiyyat naziri isə “Türk axını”nın dayandırılması istiqamətində bir qərar verilmədiyini vurğuladı.


Şərhlər