"Hörmətli dostlar, bu gün elə bir gündür ki, biz ölkənin parçalanması haqqında düşünməməliyik"
Həyat tərzi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının deputatı ağlayıb. Partiyanın Ali Radadakı nümayəndəsi Yuriy Miroşniçenko canlı efirdə xalqdan üzr istəyib. Bu zaman o göz yaşlarını saxlaya bilməyib.
"Bu yaraları hələ Ukrayna uzun müddət xatırlayacaq. Mən bütün insanlardan üzr istəyirəm. Mən Ali Radadan çıxanda insanlar ağlayır və qışqırırdılar. Baxmayaraq ki, bunun bizim ekranda gördüklərimizlə heç bir əlaqəsi yox idi, amma buna görə bizim hamımız utanmalıyıq".
Viktor Yanukoviçin ölkədə, Maydanda baş verənlərə görə məsuliyyət daşıyıb daşımadığı barədə suala isə o qeyri əminliklə cavab verib. "Etik qaydalara görə mən indi Viktor Yanukoviçin hərəkətlərinə qiymət vermək istəmirəm. Düşünürəm ki, bu qiyməti mən verməməliyəm".
Yuriy Miroşniçenko həmçinin cənubi və qərbi Ukraynanı ölkənin vahidliyini qorumaq haqqda düşünməyə çağırıb. Bu zaman o ağlayıb.
"Mən Krım sakinlərinə, Qqərbdə, cənubda yaşayanlara müraciət etmək istəyirəm. Hörmətli yoldaşlarımız bu gün elə bir gündür ki, biz Ukraynanın parçalanması haqqında düşünməməliyik. Siz bu kadrları görmüsüz. Ukrayna vahid olmalıdır".


Şərhlər