Menu

Vidadi Zeynalov vəziyyətindən razıdır

30.12.2015, 17:40

vidadi_zeynalov_014Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov bu gün vəkili ilə görüşüb. Bu barədə Trend-ə V.Zeynalovun vəkili məlumat verib.

Vəkil görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol