Menu

Suriyada silsilə partlayışlar: 10 ölü

31.12.2015, 09:27
Suriyada silsilə partlayışlar: 10 ölü

Suriyanın Kamışlı şəhərində bir-birinin ardınca üç partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar ticarət obyektləri və restoranların yerləşdiyi küçədə törədilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 10 nəfər ölüb, çox sayda yaralıların olduğu bildirilir.

“Əl-Mayadin” telekanalı xəbər verir ki, terror aktları törədilən ərazinin yaxınlığında daha bir partlayıcı qurğu aşkar edilib. Bir sıra Suriya KİV-lərinin məlumatına əsasən, restoranlardakı partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol