Menu

“Financial Times”dan Rusiya iqtisadiyyatı üçün bəd proqnoz

31.12.2015, 13:33
“Financial Times”dan Rusiya iqtisadiyyatı üçün bəd proqnoz

Neftin qiymətinin düşməsi fonunda rubl illik ən aşağı həddədək ucuzlaşıb və Rusiya gələn il də iqtisadi çöküşün davam etməsi perspektivinə tuş gəlib. Musavat.com-un məlumatına görə, bu barədə “Financial Times” nəşri yazıb.

Nəşr xatırladır ki, bu ilin sentyabrında prezident Vladimir Putinin “böhranın pik həddinin artıq keçdiyini” söyləsə də, indi bu “optimist gözləntilər” buxarlanıb.

Beynəlxalq Bankın proqnozlarına görə, 2016-cı ildə Rusiyada ÜDM 0.7% azalıb, Mərkəzi Bank isə neftin qiyməti 50 dollara çatarsa, daha 0.5-1% azalma gözləyir. Əgər qiymət 35 dollar olsa, o zaman ÜDM 2-3% azalacaq.

Məqalə müəlliflərinə görə, Rusiya rəhbərliyinin siyasi hərəkətləri iqtisadi problemlərə gətirir. “Məsələn, Ukrayna və Türkiyə mallarının idxalına qoyulan məhdudiyyətlər inflyasiyanın daha da artmasına gətirə bilər” – nəşr qeyd edir.

Öncə 2015-ci ilin yekunlarına əsasən, Rusiyada inflyasiya göstəricisinin 13%-i keçəcəyi xəbər verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol