Menu

Rusiya əhalisinin 75%-i hesab edir ki, 2015-ci ildə yaşayışı ağırlaşıb

31.12.2015, 22:21
Rusiya əhalisinin 75%-i hesab edir ki, 2015-ci ildə yaşayışı ağırlaşıb

Rusiyalıların əksəriyyəti hesab edir ki, başa çatmaqda olan il onlar üçün daha çətin olub, nəinki ondan qabaqkı il. Musavat.com-un məlumatına görə, belə bir qənaət “Levada-Sentr”in keçirdiyi rəy sorğusu nəticəsində hasil olub.

Rusiyalıların 60%-nin fikrincə, il bütövlükdə ölkə (60%) və şəxsən onların özü üçün (55%) çətin olub, 75% isə o qənaətdədir ki, əhalinin durumu pisliyə doğru dəyişib.

Hər on nəfərdən biri (11%) hesab edir ki, il həm onlar, həm də Rusiya üçün asan keçib. Bütövlükdə 10%-in fikrincə, 2015-ci il yaxşı olub, 29% onu “pis”, 57% isə “orta” adlandırıb. 3% öz həyatlarında yaxşılaşma olduğunu, 17% isə heç bir dəyişiklik görmədiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol