Menu

Səudiyyə Ərəbistanı İraqda yenə səfirlik açdı

02.01.2016, 00:23
Səudiyyə Ərəbistanı İraqda yenə səfirlik açdı

İraqda Səudiyyə Ərəbistanının səfirliyi açılıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində İraqın bir sıra rəsmi şəxsləri iştirak ediblər.

Məlumatda bildirilir ki, artıq səfir Tamer əs-Sabhan səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol