Menu

İŞİD-dən Ermənistana ilk zərbə

02.01.2016, 18:22
İŞİD-dən Ermənistana ilk zərbə

İrəvanın “Zvartnots” aeroportunda terrorçu saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın RİA-Novosti agentliyi məlumat yayıb. Polisin yaydığı məlumata görə, saxlanılan Bəhreyn vətəndaşı terrorçuluqda təqsirləndirilir.

“Saxlanılan şəxs öz vətənində qətlə cəhddə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində, terrorçuluqda və kütləvi itaətsizlik tədbirlərinin təşkilində təqsirləndirilir”, - deyə yayılan məlumatda bildirilib.

İrəvanın “Zvartnots” aeroportu

Saxlanılan şəxs İrəvan polisinin təcridxanasına aparılıb. Həmçinin onun saxlanılması ilə bağlı Baş Prokurorluğa və İnterpolun Ermənistan bürosuna məlumat verilib.

İrəvanın “Zvartnots” aeroportunun yerləşdiyi ərazi

Tutulan terrorçunun İŞİD-lə əlaqəsinin olması istisna edilmir. Çünki Bəhreyndən İŞİD terror təşkilatına kifayət qədər insan qoşulub. Bəhreynli terrorçuların bəziləri Türkiyə - Suriya sərhədində saxlanılıb. Hətta bəzi mənbələr Bəhreyn hakimiyyətinin terrorçulara 12 milyon dollar maliyyə yardımı göstərdiyini bildirir Bəhreyn vətəndaşlarının adı dünyada baş verən bəzi terror hadisələrində hallanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol