Menu

Beyləqanda yeni inşa edilən stadion uçub

03.01.2016, 17:53
Beyləqanda yeni inşa edilən stadion uçub

Beyləqan rayonunda yeni inşa edilən stadionun bir hissəsi uçub. "Report" xəbər verir ki, Elsevər Şükürov adına Beyləqan şəhər stadionunun birinci korpusu çöküb. Güclü qardan sonra dam örütyünə yığılan qarın ağırlığı uçquna səbəb olub. Hazırda stadionun dam örütüyü bərpa olunur.

Qeyd edək ki, həmin stadion ötən il istifadəyə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol