Menu

“Real”-ın baş məşqçisi Rafael Benites istefaya göndərilib

04.01.2016, 21:45
“Real”-ın baş məşqçisi Rafael Benites istefaya göndərilib

"Real"ın baş məşqçisi Rafael Benites istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu barədə məlumat İspaniya mətbuatında yayılıb.

Həmkarlarımızın yazdığına görə, klub prezidenti Florentino Peres yaxın saatlarda Benitesin qovulma xəbərini rəsmən açıqlayacaq.

Artıq onu kimin əvəz edəcəyi də bəllidi. Belə ki, "Marka"nın məlumatına görə, Benitesi "Real"ın 2-ci komandası olan "Kastilya"nı çalışdıran "kral klubu"nun sabiq futbolçusu Zinəddin Zidan əvəz edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol