Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsi qadağan edildi. Belə ki Səhiyyə Nazirliyinin (SN) bu günkü qərarına görə müxtəlif adda olan 844 seriya nömrəli dərmanlar daha tibbdə istifadə olunmayacaq.
ANS PRESS-ə verilən məlumata görə, dövriyyəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin - Türkiyə, Hindistan, Rumınya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır.
Bu dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir. Onların arasında əhali tərəfindən gündəlik həyatda istifadə olunan və adları hər kəsə kifayət qədər tanış olan dərmanlar da var.
Siyahıda yer alan digər dərman preparatlarına buradan baxa bilərsiniz:

Səhiyyə Nazirliyi tərəfindən belə bir qərar hələ 2014-cü ildə verilib. Qərara əsasən 340-dan çox dərman preparatının satışına qadağa qoyulub. Buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsi idi. Həmin dərmanlar da əsasən Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalı olan preparatlardır.


Şərhlər