Menu

Dollar işbazları yaxalandı

05.01.2016, 14:44
Dollar işbazları yaxalandı

Valyuta tənzimi qaydasını pozduqlarına görə iki nəfər saxlanılıb. AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vüqar Rzayev və Lənkəran şəhər sakini Hadı İbrahimov valyuta tənzimi qaydasını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol