Menu

İŞİD sərnişin təyyarəsini vura biləcək raket hazırlayıb - VİDEO

06.01.2016, 13:52
İŞİD sərnişin təyyarəsini vura biləcək raket hazırlayıb - VİDEO

İŞİD terror təşkilatı sərnişin  avialaynerini və hərbi təyyarəni vura biləcək  silah hazırlamaq, həmçinin uzaqdan idarə edilə bilən  minalanmış avtomobillər yaratmaq imkanı əldə edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Sky News telekanalında bildirilib.

 Telekanalın məlumatına görə, İŞİD-in Suriyadakı "paytaxtı" Rəkka şəhərində terrorçular üçün işləyən elm adamları və hərbi ekspertlər "yer-hava" sinfli  raketlər üçün  əldəqayırma istilik  batareyaları istehsal edə biliblər. Bu da avtomatik hədəfə tuşlanan termal  başlıqlı raketlərin döyüş hissələrini hazırlamağa imkan verir.

Telekanalın əldə etdiyi  videoda görünür ki, terrorçular hazırda Qərb hökumətləri tərəfindən köhnəlmiş kimi qeydiyyatdan keçən yüzlərlə raketi yenidən sıraya düzə bilər.

Termal özütuşlanan raket başlıqları 99 faiz dəqiqliklə sərnişin və hərbi təyyarələrə hücum üçün istifadə oluna biləcəyi xüsusi vurğulanır. FaktXeber.com-un Independent-ə istinadla məlumatına görə, ekspertlər terrorçuların çoxdan belə bir silah əldə etdiyini, ancaq raketlər üçün vacib olan istilik batareyalarının saxlanılması və istehsalının xüsusi elm tələb edən bir sahə olduğunu bildirmişdilər. Bundan əlavə videoda uzqdan idarə edilə bilən minalanmış avtomobillə bağlı eksperimentlər də həyata keçirilir. Avtomobilin sükanı arxasında maneken əyləşdirilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol