Menu

Hüquq müdafiəçisi prokurorluğa çağrılıb

06.01.2016, 21:24
Hüquq müdafiəçisi prokurorluğa çağrılıb

“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oktay Gülalıyev çərşənbə günü ölkə prokurorluğuna dəvət edilib. Bu haqda O.Gülalıyev prokurorluğa getməzdən öncə Azadlıq Radiosuna bildirib.

O.Gülalıyev prokuroluğa saat 18:00-a dəvət edilib. Amma xəbər hazırlandığı zamana kimi yəni, saat 20:00-a qədər prokuroRluqdan sərbəst buraxılmamışdı.

O.Gülalıyevin konkret olaraq prokurorluğa çağrılması səbəbi bəlli deyil. Amma son vaxtlar hüquq müdafiəçisi ölkədə siyasi məhbus problemi ilə bağlı ətraflı hesabat hazırlamışdı ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol