Menu

"Rusiyanı dağıdacağıq" - Məşhur biznesmen

06.01.2016, 22:31
"Rusiyanı dağıdacağıq" - Məşhur biznesmen

Krım Rusiyanın dağılmasına gedən yolda əhəmiyyətli addım atacaq.Axar.az xəbər verir ki, bu sözləri Krım tatarı, məşhur biznesmen Lenur İslyamov bildirib.

İslyamovanın sözlərinə görə, Ukrayna yarımadanın geri qaytarılması istiqamətində krım-tatar batalyonunu yaratmağı planlaşdırır.

"Biz Rusiyaya girib, "Matris" kimi onu dağıdacağıq, yarımada vasitəsilə bütün Rusiyanın azad olunması üçün çalışacağıq", - İslaymov qeyd edib.

Qeyd edək ki, bir müddət öncə məşhur biznesmen Lenur İslyamov Ukrayna ordusunun tərkibində Krım tatar batalyonunun yaradılacağını bəyan etmişdi. O, bu batalyona Türkiyə Müdafiə Nazirliyinin maliyyə dəstəyi verəcəyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol