Neft qiymətləri sürətlə aşağı düşməkdə davam edir.
“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 10:40-da Brent neftinun barrelinin qiyməti 32,78 dollara, ABŞ xam nefti (WTI) isə 32,62 dollara düşüb.
Dünən və bu gün Brent nefti 11%-ə yaxın ucuzlaşıb.Yanvarın 4-də neftin qiyməti 38 dollar civarında idi.
Neftin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatının zəifləməsidir. Çində sənayeyə dair açıqlanan bir məlumatın mənfi çıxmasından və Çinin yuanı dollar qarşısında 5 ilin ən aşağı səviyyəsinə devalvasiya edəndən sonra, Çin və qlobal birjalarda sərt satışlar başlayıb.
Qlobal təklif çoxluğunun olduğu bir şəraitdə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) hasilat kvotasını sərbəst buraxıb.
Citigroup və UBS kimi dünyanın iri investisiya banklarının analitikləri neftin qiymətinin qarşıdakı aylarda 30 dollara düşəcəyini proqnozlaşdırırlar.


Şərhlər