Menu

Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır"

07.01.2016, 11:44
Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır"

Gruşko qeyd edib ki, NATO-nun Ankaraya son dövrdə verdiyi əlavə təhlükəsizlik sözlərini "mukafat" olaraq xarakterizə edib.

NATO-nun baş katibi Yens Stoltenbergin "Rusiya Türkiyənin hava sərhəddini bilməyərək pozmuş kimi görünmür" şərhinə Rusiya kəskin reaksiya göstərdi.

Anspress-in məlumatına görə, Rusiya təyyarəsinin vurulması mövzusunda NATO-nun Türkiyəyönümlü mövqeyini tənqid edən Gruşko, NATO-nun Ankaraya son dövrdə verdiyi əlavə təhlükəsizlik sözlərini "mukafat" kimi xarakterizə etdiyini deyib.

"NATO, Rusiya hərbi təyyarəsini vuran Türkiyəni məhkum etmək yerinə, bu ölkəni mükafatlandırır. NATO-nun Türkiyəni məhkum etmək əvəzinə Ankaraya dəstək nümayiş etdirməsi qəbul edilməzdir. Burada məşhur NATO həmrəyliyinin gerçək üzü bir daha özünü göstərir." - deyə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Gruşko bildirib.

Rusiya ilə Türkiyə arasındakı gərginlik Rusiyaya məxsus Su-24 tipli qırıcı təyyarəsi Suriya-Türkiyə sərhədini pozduğu üçün vurulduqdan sonra yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol