Menu

90 minlik dələduzluq edən məhkəmə zalından azadlığa buraxıldı

07.01.2016, 11:52
90 minlik dələduzluq edən məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənildiyindən Babək Həsənova 2 il şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Babək Həsənov müxtəlif Mənzil Tikinti kooperativlərinə qarşı dələduzluq etməkdə və 96 min manat məbləğində pulu dələduzluq yolu ilə əldə etməkdə ittiham olunurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol