Menu

Somali də İranla bütün diplomatik əlaqələri kəsdi

07.01.2016, 19:26
Somali də İranla bütün diplomatik əlaqələri kəsdi

Diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Somali höküməti Tehranda Səudiyyə Ərəbistanın səfirliyinin dağıdılmasına görə İranla bütün diplomatik əlaqələrini dayandırıb, oxu.az Associated Press-ə istinadən xəbər verir.

Somali XİN İrandan öz səfirini geri çağırıb və iranlı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı, Qətər, Sudan, Küveyt və Bəhreyn kimi ölkələr də İranla bütün diplomatik əlaqələri kəsib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol