Menu

Gədəbəyin icra başçı Monteneqroda kef edir

07.01.2016, 20:40
Gədəbəyin icra başçı Monteneqroda kef edir

İcra başçılarının tətil günlərində xaricdəki kurortlara üz tutmaları haqda yazıya reaksiyalar gəlməkdədir. Ən müxtəlif mənbələrdən redaksiyamıza icra başçılarının əksərinin tətil günlərində çalışdıqları rayonlarda olmadıqları, xaricə istirahətə getdikləri barədə xəbərlər daxil olur.

Bu xəbərlərin birində Gədəbəyin icra başçısı Ramiz Yediyarovdan söhbət açılır.

“Ramiz Yeniyarovu 2016-cı ildə rayonda görən olmayıb. Keçən ildən rayondan gedəndir. O, Karlovı Varını bəyənmir, Montoneqroya gedir” – deyə redaksiyamızla əlaqə saxlayan rayon sakinlərindən biri bildirib.

Onun sözlərindən bəlli olub ki, Gədəbəy rayonuna ötən ilin son günlərində yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqəni kəsib: “Elektrik enerjisi ilə kəndlər 4-5 gündür ki, təmin olunmur. Yollar bağlıdır. Qardan təmizlənmir. İcra başçısı isə yoxdur. Dekabrın əvvəlində Qubada qar yağdı, 4 kəndin yolunu bağladı. Səhəri günü ağır texnikanı çıxarıb yolu açdılar. Bunu televizorda göstərdilər. Gədəbəydə isə gözləyirlər ki, gün çıxar, qar əriyər. Ucqarlarda yaşayan, rayon mərkəzi ilə əlaqəsi kəsilən kəndlərin camaatı Allahın ümidinə qalıb. Ramiz Yediyarov rayonda olması da elə də fərq eləmir. Gəlsə, guya yol təmizlətdirəcək?”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol