Menu

Rusiya telekanalından Azərbaycana qarşı təxribat - VİDEO

08.01.2016, 15:27
Rusiya telekanalından Azərbaycana qarşı təxribat - VİDEO

Rusiyanın “Lifenews” telekanalının əməkdaşı Yelizaveta Xramtsova Dağlıq Qarabağdan reportaj hazırlayıb.

Modern.az xəbər verir ki, Azərbaycanın tarixi torpaqlarına qanunsuz səfər edən jurnalist hazırladığı videoreportaja “Mühasirədə yubiley: Dağlıq Qarabağ və müstəqillik uğrunda 25 illik mübarizə” adı verib.

Qərəzli reportajda Qarabağ həqiqətləri təhrif olunur və ermənilər azadlıq uğrunda mübarizə aparan məzlum xalq kimi təqdim olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol