Menu

Sabiq prezidentin qardaşı 4 il müddətinə həbs olundu

09.01.2016, 14:50
Sabiq prezidentin qardaşı 4 il müddətinə həbs olundu

Rumıniyanın keçmiş prezidenti Trayan Beseskunun qardaşı Mirça Besesku korrupsiya ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, onun mülkünə həbs qoyulacaq və aldığı rüşvət 265 min avro dəyərində hesablanaraq mülkü dövlətin hesabına müsadirə ediləcək. Eyni işlə bağlı biznesmen Marian Kepetsıne də 3 il azadlıqdan məhrum edilib.

Rumıniyada prezidentlik postunu 2014-cü ildə tərk edən T. Besesku isə məhkəmə qərarını ağır hesab edib və qardaşına mövcud qanunvericiliyə uğun olaraq etiraz etməyi məsləhət görüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol