Mən elə bilirdim təkəm

Bu gün "Azpolitika"nın yazarı, istedadlı qələm sahibi, şair-publisist Nurəddin İsmayılın doğum günüdür - 56 yaşı tamam olur. Nurəddin bəyi bütün kollektivimiz adından təbrik edir, apardığı Haqq davasında, yaradıcılığında və şəxsi həyatında uğurlar diləyirik. N.İsmayılın mövzu ilə səsləşən "Mən elə bilirdim təkəm" adlı şeirini təqdim edirik.

Mən elə bilirdim təkəm

Nureddin1-240x3001-240x300-240x300

Nurəddin İSMAYIL

Mən elə bilirdim tənha,

təkəm bu şəhərdə,

Sən demə adamlar içində

itib, batmışam.

Danışan, gülən,

hər gün doğulan, ölən

və bir də özünü öyən,

gör nə qədər adam varmış

bu şəhərdə...

Hamı kefdə damaqda,

Mənəm dəli,

başımı dərdə qatmışam.

Alıb içimi,

yuvası dağılan quşun dərdi,

Yurdu dağılmışlara,

xərabat nəğməsini oxuyan

bayquşun dərdi.

Sahibsiz itin,

sığalı kəsilən pişiyin,

küçədəki dilənçinin,

əli cadarlı əkinçinin,

Afrikadakı açların,

zənginlər içində möhtacların

dərdi alıb məni.

O adama nə oldu,

Niyə gözü yaşla doldu?

Niyə həyat bu qədər acı,

Niyə ağlayır Çiçək baçım?

Hamısı mənim dərdim,

Nə bağçadır bilmirəm,

hər kəs öz gülünü,

mənsə dərdimi dərdim.

Dərd məni qoymur

adamlara yovuşmağa,

Sevgi deyəkmi Şusasız,

sevgilərə qovuşmağa?!

Altmışı haqlayır yaşım,

Mən yenə təkəm bu şəhərdə.

Hamı kefdə, damaqda,

Tapıb hər kəs kimsəsin.

Yox kimsəsi,

mən yer kürəsi tək,

dərd içində sıxılmışın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar