Menu

Rusiya hökumətinin "gücü" meyvələrə çatır - Türkiyənin mandarin partiyası məhv edildi

10.01.2016, 14:08
Rusiya hökumətinin "gücü" meyvələrə çatır - Türkiyənin mandarin partiyası məhv edildi

Rusiyanın Stavropol vilayətində sanksiya altına düşən Türkiyə mandarinləri məhv edilib.Virtualaz.org bildirir ki, bu barədə Rusiya kənd təsərrüfatına nəzarət xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Xidmətin əməkdaşları yanvarın 8-də FTX ilə birlikdə Jeleznovodsk şəhərində keçirilən reydlər zamanı dükanların birində qadağan olunmuş Türkiyə mandarinlərini aşkarlayıblar.

“Qutunun üzərində qablaşdırma tarixi 04 2016-cı il kimi, çatdırılma tarixi isə 05 yanvar 2016-cı il kimi göstərilib. Lakin məlumdur ki, 01 yanvar 2016-cı il tarixdən məhsulun bu növü Rusiya Federasiyasının ərazisinə idxalı qadağandır”, - qurumda izah ediblər.

226 kiloqramm çəkisi olan mandarinlər satışdan çıxarılıb və Mineralnıye Vodı şəhərində poliqonda “xüsusi avadanlığın istifadəsi ilə” məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol