Ötən həftənin Şənbə günü Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına məktub göndərmişdi.
Məktuba görə, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib. Qərara əsasən, bununla əlaqədar, banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.
Bu gün Mərkəzi Bankın Dollar/manat məzənnəsi 1.5642 manat səviyyəsində elan edilib. Bugünkü rəsmi məzənnəyə uyğun olaraq, dolların alış məzənnəsi minimum 1,5016 manat, satış məzənnəsi isə maksimum 1,6268 manat ola bilər.
Bu gün, saat 10:30-a qədər saytında rəsmi məzənnə yeniləyən banklardan məlum olur ki, bir çox banklar məktuba əməl edirlər.
Bəzi kommersiya banklarının bu günə olan məzənnələrini "Marja"ya istinadən təqdim edirik:
| Adı | Alış | Satış |
| Kapital Bank | 1.5569 | 1.6265 |
| Bank of Baku | 1.5900 | 1.6250 |
| AG Bank | 1.5500 | 1.6267 |
| AFB | 1.5600 | 1.6260 |
| AccessBank | 1,5642 | 1,6267 |
| ASB | 1.5600 | 1.6260 |
| Azər Türk Bank | 1.5641 | 1.6250 |
| Unibank | 1.5642 | 1.6260 |

Şərhlər